Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna və Suriya müzakirə edilib.
Taxıl daşınmasında uğurlu inkişafın qiymətləndirildiyi danışıqda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.
Nazir Akar Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu deyib. Bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Tehsil-press.az