Rusiyadan Türkiyə açıqlaması: “Bu, ikimizə də ziyan vurur”

Rusiyadan Türkiyə açıqlaması: “Bu, ikimizə də ziyan vurur” Rusiya və Türkiyə mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün maliyyə məsələləri üzrə işçi təmaslar aparır.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Maliyyə məsələlərinə gəlincə, vəziyyətdən çıxış yolu tapmaq üçün işçi səviyyəsində daimi təmaslar var. Həqiqətən də problemlər mövcuddur, amma bu problemlərin nədən qaynaqlandığı bəllidir”, - Rusiya rəsmisi bildirib.

Peskov əlavə edib ki, maliyyə hesablamalarındakı problemlər həm Rusiya, həm də Türkiyə iqtisadi operatorlarına ziyan vurur.

Tehsil-press.az

Oxşar xəbərlər