Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya sənəd qəbulu başa çatıb Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər