ADNSU-da YAP Veteranlar Şurasının üzvü, Azİİ məzunu Əli Həsnovla görüş keçirilib

ADNSU-da YAP Veteranlar Şurasının üzvü, Azİİ məzunu Əli Həsnovla görüş keçirilib Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş görüşlər” silsiləsi çərçivəsində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azİİ-nin nüfuzlu məzunlarından biri olan Əli Həsənovla görüş keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən görüşdə univesitetin rektor əvəzi, dosent Vazeh Əskərov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Əli Həsənovu doğma universitetin kollektivi adından salamlayıb.

“Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş görüşlər” silsiləsinə YAP Veteranlar Şurasının üzvü, Azİİ-nin fəxri məzunu Əli Həsnovla start verildiyini deyən dosent Vazeh Əskərov onun ADNSU üçün hər zaman əziz qonaq olduğunu qeyd edib və ölkəmizin ictimai-siyasi həyatındakı xidmətlərindən danışıb. Dosent Vazeh Əskərov çıxışında Ümummilli Lider Heydər Əliyevin quruduğu müasir Azərbaycan dövlətinin bu gün özünün çiçəklənmə dövünü yaşadığını qeyd edib və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səyi sayəsində abad, təhlükəsiz dünya miqyasında inkişaf etmiş ölkə kimi tanındığını vurğulayıb. ADNSU-nun rektor əvəzi ulu öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb və ADNSU-nun əldə etdiyi uğurlar haqqında məlumat verib. Görüşün YAP Veteranlar Şurasının üzvü, Azİİ-nin məzunu Əli Həsnovun doğum günü ərəfəsinə təsadüf etdiyini qeyd edən dosent Vazeh Əskərov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” yubiley medalını Əli Həsənova təqdim edib.

YAP Veteranlar Şurasının üzvü, Azİİ-nin məzunu Əli Həsənov öz zəngin həyat təcrübəsini iştirakçılarla bölüşüb, Ulu Öndər Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində respublikanın inkişafı və qüdrətinin artmasına verdiyi töhfədən danışıb. O, Heydər Əliyevdə idarəçilik üçün tələb olun bütün keyfiyyətlərin, o cümlədən fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına yüksək bağlılıq olduğunu vurğulayıb.

20 il şəxsən Ulu Öndərin rəhbərliyi altında çalışdığını deyən Əli Həsənov Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşüb. O çıxışında Azİİ-nin məzunu olmağın üstünlüyündən danışıb, təhsil aldığı dövrdəki xoş xatirələrini iştirakçılarla bölüşüb.

Görüşün sonunda Əli Həsənov tələbələrin suallarını cavablandırıb və qeyd edib ki, hər bir uğurun açarı elmdir. Yüksək elm qazanmaqla uğurlu övlad, layiqli vətəndaş, peşəkar mütəxəssis, bacarıqlı kadr kimi formalaşmaq mümkündür və ölkəmizdə bunun üçün hər bir şərait var.

Tehsil-press.az

Oxşar xəbərlər