ADNSU-nun Azİİ e-Kitab Evində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kitab sərgisi

ADNSU-nun Azİİ e-Kitab Evində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kitab sərgisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş kitab sərgisi açılıb.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən bəhs edən kitablar yer alıb. Ümumilikdə sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında əldə olunan nailiyyətləri əks etdirən 50-dən çox kitab və digər dövri nəşrlər nümayiş olunur.

Tehsil-press.az



Oxşar xəbərlər