Ermənistan bu ərazilərdən imtina etdi: “Azərbaycan və Türkiyənin göstərişidir” – Şarmazanov

Ermənistan bu ərazilərdən imtina etdi: “Azərbaycan və Türkiyənin göstərişidir” – Şarmazanov “Nikol tarixi Ermənistan anlayışından imtina etməklə bizi yaddaşsız heyvanlara çevirəcək”.

Bu fikirləri Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov özünün Facebook hesabında yazıb.

“Tarixi və real Ermənistan arasındakı ziddiyyət tezisi güman ki Türkiyə ilə Azərbaycanın göstərişidir. Tarixi Ermənistan dedikdə 42 min kvadratmetr ərazi nəzərdə tutulurdu. Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan həmin anlayışın real Ermənistanla əvəzlənməsini istəyir. Yəni 29.8 min kv km ərazidən söhbət gedir. Tarixi Ermənistanın baxışı olmadan əsl Ermənistan ola bilməz”- deyə, o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər