“Biz bu seçimi etməsək, Ermənistan tarixə çevriləcək" - Paşinyan

“Biz bu seçimi etməsək, Ermənistan tarixə çevriləcək "Hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid baş verir. Bu proses bizim tarixi məsuliyyətimizdir. Biz bu prosesə münasibət bildirməliyik".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 23-də Gümrü şəhərində “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında deyib.

"Bu prosesdə iki yanaşma var. Yanışmalardan biri belədir: biz hər cür şəkildə tarixi Ermənistandan reallığa keçidin əleyhinəyik, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu deyirik. İkinci yanaşma isə odur ki, tarixi Ermənistandan keçidi tarixi zərurət hesab edirik. Biz bu yolla getməliyik. Ermənistan Respublikasının təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etməliyik. Biz bu seçimi etməsək, real Ermənistanın da tarixə çevriləcəyindən qorxuram”, - deyə Paşinyan qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər