Hindistan Pakistan bəhanəsi: Türkiyə ilə bu müqavilə ləğv edildi

Hindistan Pakistan bəhanəsi: Türkiyə ilə bu müqavilə ləğv edildi Hindistan Müdafiə Nazirliyinə bağlı gəmiqayırma və mühəndislik şirkəti “Hindistan Shipyard Limited” (HSL) Hindistan donanması üçün istehsal olunacaq 5 döyüş gəmisinin istehsalı üçün türk şirkətləri ilə bağladığı müqavilələri ləğv edib.

Layihənin ilk gəmisinin nümayişi Hindistanın müdafiə naziri Giridhar Armanenin iştirakı ilə Visakhapatnamda baş tutub. Beş gəminin 2027-ci ilin ortalarından Hindistan donanmasına təhvil verilməsi planlaşdırılırdı.

Hindistanın bu qərarına geostrateji narahatlıqlar və Türkiyənin Hindistanın düşmən hesab etdiyi Pakistanla yaxınlığının təsir etdiyi iddia edilir. Türkiyənin Anadolu Gəmiqayırma Zavodu (TAIS) 2023-cü ilin avqustunda HSL şirkəti ilə 2,3 milyard dollarlıq müqavilə imzalayıb. Daha əvvəl Hindistan mediasında TAİS-in Pakistanla müdafiə sahəsində kommersiya fəaliyyətinin olduğu və müqavilənin ləğv oluna biləcəyi xəbərləri yayılmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər