Hindistan-Pakistan sərhədində gərginlik

Hindistan-Pakistan sərhədində gərginlik Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib. Nəticədə ən azı iki pakistanlı hərbçi ölüb.

Tehsil-press.az xəbər verir ki, Hindistan tərəfindən itkilər barədə məlumat yoxdur. Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu, Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.
Pakistanın “Geo-TV” telekanalı öz növbəsində Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş açdığını bildirib.
Qədim Kəşmir knyazlığının ərazisi Hindistan və Pakistan arasında 1947-ci ildən mübahisə predmeti olaraq qalır. Hindistan-Pakistan müharibəsinin üçündən ikisi Kəşmirə görə baş verib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisini nəzarət xətti ayırır.(oxu.az)


Tehsil-press.az

Oxşar xəbərlər