Rəşad Dağlı əfv oluna bilər?

Rəşad Dağlı əfv oluna bilər? Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti “əfv sərəncamını” verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir.

Bəs, görəsən, “əfv sərəncamı” ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, hazırkı halda “əfv sərəncamı” ona şamil olunmayacaq, çünki hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarsını çəkmiş olmalıdır.

Cəzanın yarısı çəkildikdən sonra şəxsin özü və ya yaxın qohumları tərəfindən müvafiq qaydada ərizə ilə Əfv Komissiyasına müraciət olunmaqla şəxsin əfv olunmasına nail olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər