Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Ş.Salayev verilmiş ittihamla təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şahin Salayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
İttihama görə, o, İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib. Şahin Salayevin Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.
Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham irəli sürülüb.
Tehsil-press.az