Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçildi

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçildi Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq. İstintaq orqanı tərəfindən R.Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi istənilir.
Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinir.

Tehsil-press.az



Oxşar xəbərlər