Demək olar ki, hər birimiz həftədə bir dəfə belə olsa, paketləşdirilmiş qidalardan istifadə edirik. Bəs bu qidaların səhhətimizə olan zərərlərini bilirik mi?
Məsələ ilə bağlı səhiyyə eksperti Aydın Əliyev olan açıqlamasında bildirib.
"Mən həmişə bu cür qidaların satışını düzgün hesab etmirəm. Ümumiyyətlə, qidalar təbii olmalıdır. Biz Azərbaycanda yaşayırıqsa, burada istehsal olunan təbii qidalarla qidalanmalıyıq. İstehsal olunmursa, xaricdən gətirilirsə bu zaman keyfiyyətli gəlməlidir.
Müvafiq orqanlar sərhəddən gəlmə, gömrük təhlükəsizliyi və s. bütün bunlar işi elə planlaşdırmalıdır ki, ölkəyə keyfiyyətsiz qida gəlməsin. Niyə? Çünki insan doğulan zaman onun bədən quruluşu, onda gedən reaksiyalar o zaman sağlamlıq yaradır ki, biz bədənimizə uyğun maddələr qəbul edək. Buna təmiz su, təmiz qida və s. aiddir.
Ümumiyyətlə, qızardılmış yeməkləri eyni yağda dəfələrlə qızardırlar. Köhnə yeməklərin yenidən qızdırılıb, nəinki uşaqlara hətta böyüklərə belə verilməsi pis haldır. Xəstəliklərin bir çoxunun səbəbi, ayaqüstü natəmiz havada cürbəcür qidaların yeyilməsi və yaxud rəngli suların içilməsidir. Süd verən ana bundan istifadə edirsə, onun südündə bu cür ziyanlı maddələrə rast gəlinir.
Bu cür maddələr qəbul edildiyi zaman onlar bədəndə düzgün çevrilmir. Bu zaman hüceyrələrimizin quruluşu dəyişir. O cümlədən onkoloji xəstəliklər, sonsuzluqlar, qan qatılaşması, əsəb pozğunluqları və böyrək, ciyər patalogiyaları və s. əmələ gəlir.
Xüsusən, hamilə qadınlar çalışmalıdırlar ki, təmiz sudan istifadə etsinlər. Ayaqüstü qidalardan uzaq dursunlar. Maddiyatdan aslı olmayaraq hər kəs təbii nə varsa, onunla qidalanmalıdır. Bunlar vacib şərtlərdəndir. Ümid edirəm ki, Qarabağ torpaqlarımızın qayıtması taxılçılıq və heyvandarlıq məhsullarımızın artmasına səbəb olar və biz xaricdən keyfiyyətsiz qidaların gətirilməsindən uzaq olarıq".
Tehsil-press.az