İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başlayıb. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə dünən saat 11:00-da start verilib.
Bakı, Sumqayıt və Abşeronda yerləşən məktəblərə yerdəyişmə mümkün olmayacaq.
Bu barədə məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Bakı, Abşeron və Sumqayıtda çalışan müəllimlər istənilən rayonda yerləşən ümumtəhsil müəssisəsinə yerdəyişmə edə bilər. Lakin digər rayon və şəhərlərdən Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil. Bakı, Abşeron və Sumqayıta müəllimlər yerdəyişmə etmək istəyirsə, bunun üçün yeganə üsul müəllimlərin işə qəbulu imtahanında iştirak edib, uyğun bal toplayıb prosesdə iştirak etməkdir", - Agentlikdən "XəzərXəbər"ə bildirilib.
Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç ildən artıq çalışan müəllimlər iştirak edirlər.
Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında da ilk dəfə olaraq həyata keçiriləcək. Naxçıvanın MR Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər. Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.
İş yerinin dəyişdirilməsi müsabiqəsində sertifikasiyada, MİQ imtahanlarından və və ya diaqnostik qiymətləndirmədən keçmiş şəxslər iştirak edə bilərlər.
Müsabiqədə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.
Bu müsabiqədə də aşağıda adları qeyd olunan namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq:
- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
- Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;
- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.
Əgər müəllim hazırda iki ümumi təhsil müəssisəsində çalışırsa, müsabiqədə yalnız müddətsiz müqavilə əsasında işlədiyi əsas iş yeri üzrə yerdəyişmə etmək hüququna malikdir.
Tehsil-press.az