Normal yaşam üçün aylıq bu qədər pul lazımdır - İqtisadçı

Normal yaşam üçün aylıq bu qədər pul lazımdır - İqtisadçı İctimaiyyətdə daha çox müzakirə olunan məsələlərdən biri, bəlkə də birincisi Azərbaycanda verilən pensiya və əməkhaqqının real məbləğidir. Vaxtaşırı təqaüdlər, maaşlar artırılır, lakin insanlar aldıqları maaş və pensiyaların normal dolanışıq üçün kifayət etmədiyini bildirir.

Belə olan halda isə sual yaranır: Azərbaycanda bir ailənin normal yaşaması üçün nə qədər gəlir olmalıdır?

Iqtisadçı Natiq Cəfərli insanların tələbat və gözləntilərinin müxtəlif olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda olan mövcud problem 2020-ci ildən bu yana inflyasiyanın pandemiya və digər səbəblərdən yüksəlməsidir:

“İnflyasiya insanların real gəlirlərini xeyli dərəcədə azaldıb. Dövlət və hökumət orqanları nə qədər minimum əməkhaqqını və təqaüdü artırmağa cəhd etsələr də, bu yöndə müəyyən müsbət addımlar atsalar da, inflyasiyanın yüksək olması, qiymətlərin daha sürətli artması bu artımdan məmnuniyyət hiss etməyə imkan vermir. Ona görə də bizdə bu məsələni ciddi elmi araşdırmalar əsasında həyata keçirmək lazımdır”.

İqtisadçı deyib ki, Azərbaycanda minimum istehlak zənbili, yaşayış minimumu anlayışlarının hesablanma qaydaları çox köhnədir:

“Ödənişlər həddindən artıq köhnə indikatorlarla hesablanır və bu da nəticə etibarilə minimum əməkhaqqına və təqaüdün hesablanmasına mənfi təsir göstərir. Çünki yaşayış minimumunu hesablayarkən reallıqlarla yox, Nazirlər Kabinetinin illər öncə qəbul etdiyi indikatorlarla hesablanır. Orada da çox böyük boşluqlar, problemlər var. Düşünürəm ki, bu problemin həlli məhz yaşayış minimumu ilə minimum istehlak zənbilinin düzgün hesablanmasından keçir. Onlar düzgün hesablansa, o zaman məlum olacaq ki, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşın yaşaması üçün ayda ən azı 500 manata ehtiyac var. Məsələn, 4 nəfərlik bir ailədə əgər 2 böyük və iki 18 yaşına çatmamış uşaq varsa, bunların təqribən gəlirləri 1500-2000 manat arası olmalıdır ki, bu, normal yaşayışı təmin etməyə imkan versin”.

Tehsil-press.az

Oxşar xəbərlər