BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb

BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin birgə təşkil etdiyi “Texnoloji biliklərin ötürülməsi” proqramı (“Baku Master Technology Transfer Program” MTTP-2024) çərçivəsində keçirilən növbəti təlimlər başa çatıb.

Təlimlərdə BANM tələbələri ilə yanaşı, ADNSU və UFAZ tələbələri də iştirak ediblər.7 həftəni əhatə edən təlimlər "Technip Energies" şirkətinin mütəxəssisləri tərəfindən keçirilib. Təlimlər modullar formasında təşkil olunub, hər modulun sonunda iştirakçılar üçün "workshop" və modul test imtahanları həyata keçirilib. Bundan əlavə, tələbələrin birgə iş bacarıqlarını artırmaq məqsədilə komandalar şəklində müxtəlif tapşırıqlar icra edilib.

Tehsil-press.az

Oxşar xəbərlər