“Technip Energies” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) “Texnoloji biliklərin ötürülməsi” proqramı ilə bağlı məlumat sessiyası keçiriblər.
Tədbirdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetinin yuxarı kurs tələbələri də iştirak ediblər.
Sessiyada çıxış edən “Technip Energies” şirkətinin Bakı ofisinin texniki meneceri Salvatore Carotenuto şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Şirkətin Biznes interfeysi üzrə analitiki, BANM-in məzunu Elgün Yusifov şirkətdəki karyera yolundan danışaraq “Texnoloji biliklərin ötürülməsi” proqramı barədə məlumat verib və 2019-cu ildən həyata keçirilməyə başlanılan bu proqramın ilk məzunu olaraq təcrübəsini bölüşüb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri şirkətin təqdim etdiyi bu imkandan yararlanmağa və proqramda fəal iştirak etməyə çağırıb. Rektor BANM məzunlarının “Technip Energies” şirkətində uğurlu fəaliyyətlərinin qürurverici olduğunu vurğulayıb.
Tehsil-press.az