Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qlobal neft-qaz şirkəti olan “Technip FMC”də işə qəbul olunub.
Ali məktəbin kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Faiq Hacıbalayev, Arzu Abdullayeva və neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Elgün Yusifov sözügedən şirkətdə kiçik proses mühəndisi kimi işə başlayıblar.
Bu tələbələr Heydər Əliyev Fondu və qlobal neft-qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qaliblərindəndir.
Layihə çərçivəsində tələbələrdən Faiq Hacıbalayev, Fidan Quliyeva, Cavid Məcidov İtaliyanın Roma, Cavid Məmmədli, Arzu Abdullayeva Fransanın Lion, Elgün Yusifov isə Norveçin Bergen şəhərlərində ixtisasartırma kursunda iştirak ediblər.
İki aylıq nəzərdə tutulmuş kursu tələbələr koronavirus pandemiyasına görə bir ay davam etdirməli olublar. Buna baxmayaraq, Lion şəhərində ixtisasartırma kursunda iştirak edən Cavid Məmmədli və Arzu Abdullayeva yaşıl texnologiyalar, Romadakı tələbələr Faiq Hacıbalayev, Fidan Quliyeva və Cavid Məcidov neft emalı sənayesi, Bergen şəhərindəki Elgün Yusifov isə sualtı texnologiyalar sahəsi üzrə mentorların tapşırıqlarını uğurla yerinə yetirib, yeni biliklər və təcrübə qazanıblar.
Kursun yekununda BANM tələbələri mentorlar tərəfindən yüksək qiymətləndirilib və nəticədə şirkətin rəhbərliyi uğurlu fəaliyyətlərinə görə onları işə qəbul edib.
Qeyd edək ki, “Technip FMC”in London, Paris və Hyuston şəhərlərində qərargahları yerləşir.
Tehsil-press.az