Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Qələmlə yazmağı unuduruq, beyin passivləşir Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir.

Alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb.

Əsasən klaviatura, telefon və kompüter istifadə edilir. Statistika getdikcə pisləşir. Hər 3 insandan biri yarım il ərzində cəmi yarım vərəq qədər əllə yazı yazır.

Alimlərin apardığı tədqiqatda rəyi soruşulan 2000 nəfərin yarısı qələmlə yalnız bloknot və stikerdə qısa qeydlər etdiklərini bildirib. İştirakçıların yarısının yazı xəttinin pozulması, pisləşməsi və yazı qrammatikasının pozulması müşahidə edilib. Alimlər belə templə insanların klaviatura və çap yazısından tamamilə asılı olacağını və beynin əllə yazı vərdişini unudacağını proqnozlaşdırır.

Alimlər bildirir ki, əllə qələm tutub yazanda və ya rəsm çəkəndə beynin müəyyən hissələri aktivləşir.

Tehsil-press.az

Oxşar xəbərlər