BDU-da akademik hüquqi yazı və onun tədqiqinə dair təlim

BDU-da akademik hüquqi yazı və onun tədqiqinə dair təlim Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “BDU könüllüləri” və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə fakültənin müəllimi Əkbər Əliyev tərəfindən “Akademik hüquqi yazı və tədqiqat” mövzusunda təlim keçirilib.

Təlimdə akademik hüquqi yazının nəzəri və praktiki aspektləri, mərhələləri, mövzu seçimi zamanı diqqət edilməli məsələlər, tədqiqatın aparılmasının önəmli məqamları, mənbələrə istinadların edilmə qaydası, xarici və yerli təcrübənin müqayisəsi kimi məsələlər müzakirə edilib.

Qeyd olunub ki, akademik hüquqi yazı bacarığı hər bir praktiki hüquqşünasın yiyələnməli olduğu ən vacib bacarıqlardandır. Belə ki, akademik hüquqi yazı bacarığına malik olan hüquqşünasların geniş karyera seçimləri əldə etmək, eləcə də yazı zamanı öz fikirlərini oxuculara daha aydın və anlaşıqlı şəkildə çatdırmaq imkanları artır. Akademik hüquqi yazının effektivliyini təmin etmək üçün o, sadə dildə yazılmalı, bu zaman söz seçimlərinə xüsusi diqqət yetirilməli, ədəbi dilin normaları yazıda ciddi şəkildə gözlənilməlidir.

Təlim zamanı tələbələrin akademik yazı və tədqiqatla bağlı sualları cavablandırılıb, mövzu ətrafında praktik işin təşkilinə dair diskussiya aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər