Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tehsil-press.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə böyük önəm verdiyini bildirib.
Müsabiqənin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq keçirildiyini və “Azərbaycan müəllimi” qəzeti tərəfindən təşkil olunduğunu söyləyən nazir müavini müəyyənləşdirilmiş mövzu və istiqamətlərin təhsilin ən aktual məsələlərini əks etdirdiyini diqqətə çatdırıb.
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə müsabiqənin nəticələri barədə məlumat verib. Qeyd edilib ki, müsabiqəyə 80 yazı daxil olub. Müsabiqədə 27 şəhər və rayondan alimlər, müəllimlər, məktəb rəhbərləri, magistrantlar, araşdırmaçı jurnalistlər iştirak ediblər. Yazılar münsiflər heyəti tərəfindən iki mərhələdə qiymətləndirilib. Seçimin nəticələrinə əsasən bir yazı birinci, iki yazı ikinci, üç yazı üçüncü yerə layiq görülüb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, professor Şahlar Əsgərov və başqaları müsabiqə ilə bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.
Sonra qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Tehsil-press.az