Paytaxt məktəbliləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib.
Müsabiqənin nəticələrinə əsasən, 20 nömrəli məktəb-liseyin şagirdi birinci, 87 nömrəli tam orta məktəbin şagirdi ikinci yerə layiq görülüb. Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi isə üçüncü yeri tutub.
Qaliblərə diplom və hədiyyələr verilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənmələrinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin şagirdlərin yazı bacarıqlarını artırmaqdır.
Hikmət Əliyev