BSU-nun tələbələri akademik yazı bacarıqlarına yiyələniblər

BSU-nun tələbələri akademik yazı bacarıqlarına yiyələniblər Bakı Slavyan Universitetində (BSU) “Elmi tədqiqat üçün akademik yazı bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.
Təlim ADA Universitetinin Akademik yazı və informasiya savadlılığı üzrə mütəxəssisi Lalə Məmmədova tərəfindən aparılıb. BSU-nun müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrinə məqalə və mətnlərin, habelə müxtəlif iş və məlumat sənədlərinin səriştəli yazılması, elmi mətnlərin qiymətləndirilməsi, həmçinin məlumat mənbələri ilə işləmək qaydaları barədə ətraflı məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər