İran ABŞ-ı oğurluqda suçladı

İran ABŞ-ı oğurluqda suçladı Rəsmi Tehran ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı sonuncu qərarı pisləyib və onun beynəlxalq hüququn əsaslarına zidd olduğunu bildirib.

Tehsil-press.az "Reuters"-ə istinadən xatırladır ki, ABŞ Ali Məhkəməsinin aprelin 21-də çıxardığı qərara əsasən, İranın aktivlərindən 2 milyard dollar 1983-cü ildə Beyrutda terror aktları nəticəsində ölən 241 amerikalı hərbçinin ailəsinə veriləcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib ki, ABŞ Ali Məhkəməsinin qərarı ədaləti və qanunu lağa qoyub və ABŞ vətəndaşları üçün heç bir hüquqi əsası yoxdur: “Bu qərar İran İslam Respublikasının malını qarət etmək anlamındadır və bu qərar vasitəsi ilə İrana dəymiş ziyanın ödənilməsi təbii olaraq Amerika hökumətinin üzərindədir. Bu qərar göstərir ki, Amerika hökuməti hələ də sionistlərin təsiri altındadır və İrana qarşı düşmənçiliyini davam etdirir. Bu addımla İran xalqının və hökumətinin Amerika hakimiyyətinə etimadsızlığı daha da artır.”
Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində isə 58 fransalı hərbçi həlak olub.

tehsil-press.az

Oxşar xəbərlər