Yoxlamalar aparıldı, direktor müavini işdən çıxarıldı

Yoxlamalar aparıldı, direktor müavini işdən çıxarıldı Orta ixtisas təhsil müəssisələrində yoxlamalar davam edir.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Tehsil-press.az

Oxşar xəbərlər