Rüşvət almaqda təqsirləndirilərək həbs edilən Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri Faiq Köçəriyev və Ağayar Yusubov Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Onların şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq. Avqustun 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Faiq Köçəriyev Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kəndi üzrə, Ağayar Yusubov isə Vilvan kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyiblər.
Onlar 2021-ci ildə həbs ediliblər və barələrində Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb. İşin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılıb. Lakin onlara verilən cəza barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Tehsil-press.az