Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olundu - FOTO

Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olundu - FOTO Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olunub.

Prezident İlham Əliyevin ötən gün imzaladığı "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamına əsasən yeni təyinat alan hakimlərdən biri də Bakı Kommersiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışan Xəlil Ülkər Abdurrahman qızıdır.

Belə ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov yeni təyin olunan hakimlə görüş keçirib. Görüş zamanı o, bildirib ki,
dövlət başçısının kadr islahatlarına əsasən, hazırda məhkəmə sisteminin böyük bir qisminin yeni təyin olunmuş gənc hakimlərdən təşkil olunması çox təqdirəlayiqdir.

İ.Əhmədov məhkəmənin kollektivi adından Ülkər Xəlili təbrik edərək onun hakimlik fəaliyyəti müddətində ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsi üçün hakim andına sadiq qalacağına, bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirib.

Tədbirdə məhkəmənin hakimləri və məhkəmə aparatının işçiləri də iştirak edib.

Sonda məhkəmə kollektivi yeni təyin olunmuş hakimə gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildiriblər.

Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olundu - FOTO
Bakı Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin olundu - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər