Aprel döyüşləri vaxtı Bakıya gələn qəribə zəng – Məmmədyarov sirri açdı

Aprel döyüşləri vaxtı Bakıya gələn qəribə zəng – Məmmədyarov sirri açdı “2016-cı ildə mənə ard-arda zənglər edilirdi: ABŞ-nin Dövlət katibi, Fransa, Rusiya xarici işlər naziri, Aprel döyüşlərinin ilk günlərində Ağ Evin müşaviri”.

Bunu keçmiş XİN rəhbəri Elmar Məmmədyarov İTV-yə müsahibəsində deyib.

“Tez-tez mənə zənglər edir və çox qəribə ideyalarla çıxış edirdilər. Deyirdilər, “Siz orada haranı isə götürmüsünüz, indi ordunu geri, başlanğıc mövqeyinə qaytarmaq lazımdır”. Mən isə onlara belə cavab verirdim: “Siz nə danışırsınız? Biz öz ərazimizdəyik. Biz Təhlükəsizlik Şurasının sizin yekdilliklə qəbul etdiyiniz müvafiq qətnamələrə uyğun hərəkət edirik. İndi siz deyirsiniz ki, yenidən başlanğıq mövqeyinə qayıtmalıyıq? Bu, mümkün olan bir iş deyil”. Yəni bu cür gərginliklər var idi”, – deyə keçmiş nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər