Əziz Səncər Azərbaycana gələcək

Əziz Səncər Azərbaycana gələcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək.

Bu barədə akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncərin 30 may - 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər