Polimer Materialları İnstitutun əməkdaşları Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunan “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisində iştirak ediblər. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar SOCAR Polimer MMC-nin baş sponsorluğu, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsorluğu ilə Sumqayıt Dövlət Universitetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyi ilə dövlət strukturları, özəl təşkilat və müəssisə rəhbərlərinin də iştirak etdiyi “Yaşıl dünya naminə həmrəylik” forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib.
Forumda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanları, müəssisə, idarə və təşkilat nümayəndələri və universitetin
professor, müəllim, tələbə heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlərdən ibarət foto - sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq, “Yaşıl dünya naminə həmrəylik” Forumunun əhəmiyyətindən bəhs edib. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin keçirildiyini, bugünkü Forumun da Azərbaycanın COP29-a ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmasının gənclərin bu sahədə məlumatlandırılması, ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi ilə yanaşı uyğun istiqamətlərdə məqsədyönlü elmi-tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Polimer Materialları İnstitutunun təqdim etdiyi stend iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb. Sərgidə Polimer Materialları İnstitutunun Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova o cümlədən şöbənin əməkdaşları – mühəndis Аidə Tаğıyеvа və innovasiya üzrə mütəxəssis Fidan Ağayeva iştirak ediblər.
Tehsil-press.az