BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” Sosial Ekoloji Mərkəzin təşkilatçılığı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu keçirilib.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin ekoklub üzvləri Ruxsarə Zamanlı, Fərəh Əzizi-Meşkin və Samirə Cəfərli “Challenge for Sustainable Lifestyle” dayanıqlı həyat tərzi üçün çağırışlar innovativ startap müsabiqəsində “İstehlak” nominasiyası üzrə qalib olublar.  

Qeyd edək ki, IX Ekoloji Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

Forumun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məktəbliləri məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.

Tehsil-press.az

Oxşar xəbərlər