Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi təşkil edilib

Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi təşkil edilib Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab sərgisi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq təşkil edilən sərgidə sosial-iqtisadi inkişafa dair, həmçinin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi ilə bağlı nəşrlər nümayiş etdirilir.
Burada həm də təmizləmə qurğularının quraşdırılması, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin sahillərinin, sularının, canlı aləmin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar, jurnallar və digər nəşrlər yer alıb.
Sərgidə ümumilikdə 75-dən çox nəşr nümayiş olunur.

Tehsil-press.az


Oxşar xəbərlər