BDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsm sərgisi

BDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsm sərgisi Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsm sərgisi açılıb.

Sərginin təşkilində məqsəd ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək, tələbə-gəncləri bu prosesdə aktiv iştiraka cəlb etməkdir. Sərgidə fakültənin tələbələrinin çəkdiyi 30 rəsm sərgilənir.

Sərgi iki gün davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər