Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlər yayıldı. Digər tərəfdən isə Azərbaycanda bələdiyyələrin ləğv edilməsi hələ də gündəmdə olaraq qalır. Bu baxımdan Azərbaycanda bələdiyyələr ləğv edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycanda bələdiyyələrin ləğv edilməsi yaxud yenidən qurulması məsələsi uzun zamandır gündəmdədir. Çünki bu qurum tam olaraq özünü doğrultmadı. Hətta icra hakimiyyətlərinin sözlərinə əməl edən bir quruma çevrildi:
"Ona görə də bələdiyyə islahatları və strukturunun dəyişdirilməsi uzunmüddətdir gündəmdədir. Amma burada məsələ təkcə bələdiyyələrin ləğv edilməsindən yaxud artan şikayətlərdən getmir. Bələdiyyələr ilə bağlı daha böyük problemlər var. İlk olaraq bələdiyyələrin verdiyi sənədlərin tanınmamasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, üç mülkiyyət növündən biri dövlət və özəl mülkiyyət ilə yanaşı, həm də bələdiyyə mülkiyyətidir. Ancaq Azərbaycanda bələdiyyənin verdiyi çıxarışlar demək olar ki, heç yerdə qəbul edilmir. Bələdiyyə mülkiyyətini heç rəsmi dövlət orqanlarının özləri qəbul etmir. Bələdiyyə sənədləri ilə bağlı fərqli torpaq zəbtləri iddiaları var. Bələdiyyə torpaqlarının onlara aid olmaması faktları belə mövcuddur. Bələdiyyələr hətta vətəndaşa satdığı torpaqlara sənəd verə bilmirlər. Bunlar gələcəkdə vətəndaşlar arasında problemlərə səbəb olur".
Politoloqun sözlərinə görə, Bakı şəhərində 500 mindən çox sənədsiz ev var. Bunun səbəbi isə onların məhz bələdiyyə torpaqlarında tikilməsidir:
"Əlbəttə ki, bələdiyyə öz işini görmür. Kənd bələdiyyələrində bu qurumlar ilə bağlı kifayət qədər problemlər var. Söhbət burada Bakı rayon bələdiyyələrindən gedir. Ölkənin rayon və kəndlərində bələdiyyələr su problemini həll etmir. Şəhərdəki köhnə tikililərdə "jek" deyilən qurumlar var idi. Yeni tikililərdə isə komendant deyilən idarəetmə forması təşəkkül tapıb. Ancaq bunları bələdiyyə idarə etməlidir. Bəzi yerlərdə həm bələdiyyə, həm də "jek" qalıb. Hər ikisi isə vergi yığmağa çalışır. Bu cür problemlər çoxdur. Düşünürəm ki, bələdiyyələrdə mütləq yenidənqurma işləri görülməlidir. Burada bələdiyyənin tamamilə ləğvindən söhbət getmir. Böyük ehtimalla bəzi regionlarda prezidentin xüsusi nümayəndəlikləri yarandığına görə, icra hakimiyyəti ləğv olunacaq. İcra hakimiyyətləri isə bələdiyyə və prezidentin xüsusi nümayəndəlikləri arasında bölünə bilər. Eyni zamanda bələdiyyələr prezidentin xüsusi nümayəndəliklərinin tabeliyinə verilə bilər. Yəni ləğv edilərək onun strukturuna birləşdirilə bilər. Digər tərəfdən bələdiyyələrə daha çox səlahiyyət verilib Türkiyə modeli kimi, öz büdcəsi və seçkiləri olan instituta çevrilə bilər".
Tehsil-press.az