Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir “Qəbələ - sağlam mühit” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsi çərçivəsində Qax rayonunda maarifləndirmə tədbirləri təşkil edib.
Qax rayon İcra hakimiyyətinin “İctimai siyasi və humanitar məsələlər” şöbəsinin baş məsləhətçisi Orxan Səmədov tədbiri açaraq bu tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.
Tədbirlərdə layihənin təlimçisi Vilayət Ramazanov öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Qax Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Təlimçi öz çıxışında qeyd edib ki, son illər Azərbaycanda siyasi, sosial-iqtisadi sahələrdə olduğu kimi idarəetmə sistemində də əsaslı islahatlar aparılmış və yerli özünüidarəetmə qurumları olan bələdiyyələr yaradılmışdır. Azərbaycanda bələdiyyə sisteminin formalaşması sahəsində əhəmiyyətli işlər görülmüş, bələdiyyə fəaliyyətinin təşkilati-hüquqi bazası və yeni idarəetmə qurumları formalaşdırılmış, müəyyən qədər müstəqil təsərrüfatçılıq təcrübəsi toplanmışdır. Yerli özünüidarələrin möhkəm iqtisadi bazasının formalaşması onların fəaliyyətlərinin səmərəliliyini artıraraq bələdiyyə ərazilərində əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, bələdiyyələrin iqtisadi bazasının möhkəmləndirilməsi və maliyyə müstəqilliyinin artırılması üçün yeni iqtisadi şəraitə uyğun olaraq yerli özünüidarələrin səmərəli fəaliyyət mexanizmlərinin formalaşdırılması aktual iqtisadi problemlərdən biridir. Odur ki, müasir Azərbaycan dövlətçiliyinin formalaşması yolunda yerli özünüidarə sisteminin əhəmiyyətini nəzərə alaraq bu sahədə və o cümlədən, bələdiyyələrin aqrar sahənin iqtisadi inkişafında rolunun artırılması məsələləri üzrə araşdırmaların aparılmasına ehtiyac vardır.
Təlimçi sonda çıxış edərək seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi və onlara keçiriləcək bələdiyyə seçkilərinin şəffaflığı və monitorinqi barədə insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tehsil-press.az


Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Şuranın dəstəyilə bələdiyyə seçkiləri ilə bağlı yeniyetmə və gənclər maarifləndirilir

Oxşar xəbərlər