30-dan artıq bələdiyyə sədrinin işi məhkəmə və prokurorluğa göndərilib

30-dan artıq bələdiyyə sədrinin işi məhkəmə və prokurorluğa göndərilib Bu il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb.
Təhsil-press.az-ın məlumatına görə, bu ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.
İclasda bildirilib ki, 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Eyni zamanda qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.

Təhsil-press.az

Oxşar xəbərlər