![5 may imtahanında ən çox bal toplayan şagird kimdir? (FOTO)](https://cdn.qaynarinfo.az/2024-05/aaa8ccbe66440a3f6fe054b5b945b8a4c51ce410c124a10e0db5e4b97fc2af39-jpg.jpg)
Dövlət İmtahan Mərkəzi bildirib ki, 5 may imtahanında ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
Modern.az xəbər verir ki, Masallı rayonunundakı Həsənli kənd məktəbi 5 may imtahanında ən yüksək nəticə göstərmiş məzunun adını açıqlayıb.
Qeyd edilib ki, 2023-cü ildə 9-cu sinfi bitirmiş Turə Alışlı hazırda 10-cu sinifdə təhsil alır və kollecə daxil olmaq üçün ümumi orta təhsil bazası üzrə imtahan verib.
300 mümkün baldan 296,6 bal toplayan Turə Alışlının şəklini təqdim edirik.
Tehsil-press.az