Yüksək bal toplayan abituriyentlər UNEC-i seçirlər

Yüksək bal toplayan abituriyentlər UNEC-i seçirlər Bu il yüksək bal toplayan abituriyentlər Azərbaycan Dövlət iqtisad Universitetini (UNEC) seçirlər.
UNEC-i tanı” layihəsinin budəfəki iştirakçısı II qrup üzrə ölkə birincisi Aysel Abasova (682.5 bal) olub.
A.Abasova 24 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. O, buraxılış imtahanında 295 bal, II ixtisas qrupu üzrə keçirilən imtahanda isə 384.5 bal toplayıb. Daha sonra Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyasına müraciət edib. Komissiya bunu müsbət dəyərləndirib və 682.5 balla II qrup üzrə ən yüksək nəticə əldə edib.
“UNEC-i tanı” layihəsində iştirak edən A.Abasova maliyyə ixtisası (ingilis dilində) üzrə təhsil alacaq.

Tehsil-press.az


Oxşar xəbərlər