Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov kimdir? - FOTO

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov kimdir? - FOTO Xəbər verdiyimiz kimi, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

O, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, Fərid Seyidov Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.

Tehsil-press.az

Oxşar xəbərlər