Mahir Azərbaycana qayıdır? – Anası DANIŞDI

Mahir Azərbaycana qayıdır? – Anası DANIŞDI Mahir Emreli “Dinamo”dan (Zaqreb) ayrıla bilər.

Xorvatiya mətbuatına inansaq, klub futbolçuya başqa komandaya keçməkdə problem yaratmayacaq. Redaksiyamıza millimizin üzvü ilə bağlı maraqlı informasiya daxil olub. Sən demə, hücumçu 2 klubla danışıq aparır. Təkliflərdən biri Azərbaycandan, digəri ölkə xaricindəndir.

Məlumatı dəqiqləşdirmək üçün futbolçunun anası Elnurə Emreli ilə əlaqə saxladıq. Oyunçunun valideynindən bu sualları soruşduq: “Mahir Emrelinin Azərbaycana qayıtmaq ehtimalı var?” “Futbolçu hansı klublarla danışıqlar aparır?”

Elnurə xanım Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Mahir indi millinin yoxlama oyunlarına hazırlaşır. Fikri ancaq yığmadadır. Unutmayaq ki, “Dinamo” ilə davam edən müqaviləsi var. Hələ transfer dönəmi başlamayıb. Bu gün onun keçidi ilə bağlı dəqiq məlumat yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər