Azərbaycanda bu məhsul BAHALAŞDI - 32 manat oldu... - VİDEO

Azərbaycanda bu məhsul BAHALAŞDI - 32 manat oldu... - VİDEO Unun qiyməti bahalaşmaqda davam edir.

Qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur. Belə ki əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha qiymətə təklif olunduğu bildirilir. Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər.

İqdisatçı ekspert Fuad İbarhimov Xəzər TV-yə deyib ki, dünya bazarında unun qiymətində ciddi artım müşahidə olunmur. Onun sözlərinə görə, qiymət artımı müəyyən şirkətlərin yanaşmasından qaynaqlanır.

Ekspert deyir ki, taxıl sahələrində biçim dövrü başlayanda qimətlərin yenidən enəcəyi proqnozlaşdırılır.



Tehsil-press.az

Oxşar xəbərlər