Nazir: Müəllimlər əlavələri oktyabr maaşında alacaqlar – EKSKLÜZİV

Nazir: Müəllimlər əlavələri oktyabr maaşında alacaqlar – EKSKLÜZİV “Bu il müəllimlərin sertifikatlaşdırılması prosesi qaydalara uyğun həyata keçirildi. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlər məktəbdə qalır, maaşlarına əlavələr alır, uyğun olmayanların isə gələcəkdə əmək müqaviləsinə xitam veriləcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi növbəti illərdə də davam edəcək.
“Növbəti tədris ilində hansı fənn müəllimlərinin sertifikatlaşdırmadan keçəcəyi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Sertifikatlaşdırma prosesindən uğurla keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrdan hesablanacaq. Təhsilverənlər əlavələri oktyabr maaşında alacaqlar”.
Xatırladaq ki, oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 min 883 nəfər müəllim iştirak edib. Onlardan 21 min 784 nəfəri uğur qazanıb.
Sertifikatlaşdırmadan keçmiş müəllimlərin vəzifə maaşına müvafiq olaraq 35 faiz və 10 faiz artım tətbiq olunacaq.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

Tehsil-press.az




Oxşar xəbərlər