THE-nin “Qlobal Davamlı İnkişaf Konqresi”ndə BDU təcrübəsindən danışılıb

THE-nin “Qlobal Davamlı İnkişaf Konqresi”ndə BDU təcrübəsindən danışılıb Tailand Krallığının paytaxtı Banqkok şəhərində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Qlobal Davamlı İnkişaf Konqresi” keçirilir. 3 gündür davam edən Konqresdə 3000-dən çox nümayəndə və 350-dən artıq məruzəçi iştirak edir.

Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Konqresdə məruzəçi kimi BDU-da Davamlı İnkişaf Məqsədləri ilə bağlı görülən işlərə, perspektiv hədəflərə dair təqdimatla çıxış edib. Rektorun müşaviri çıxışında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər barədə məlumatı və BDU-nun “QS dayanıqlılıq reytinqi 2024” (QS Sustainability Ranking) və “THE Impact Ranking 2024” nəticələri üzrə uğurlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər