BDU Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir

BDU Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir “Times Higher Education” (THE) 2024-cü il üçün dünya universitetlərinin reytinq siyahısını açıqlayıb. 2023-cü ildə də Bakı Dövlət Universiteti (BDU) Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsi oldu.
BDU həm də Azərbaycanda “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir. Belə ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.
Nüfuzlu “Times Higher Education” təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetləri reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarları nəzərə alınmaqla həyata keçirilir.

Tehsil-press.az




Oxşar xəbərlər