Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” agentliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları üçün onlayn seminar keçiriblər.
Strateji planlaşdırma şöbəsi tərəfindən təşkil olunan seminarda layihə koordinatoru Dara Buxtoyarova, baş məsləhətçi Veronika Omeni, məsləhətçi Nilli Kastano və “QS Quacquarelli Symonds” konsaltinq qrupunun üzvləri tərəfindən təqdimatlar nümayiş etdirilib.
Universitetin prorektorları, şöbə müdirləri, müxtəlif departament və mərkəzlərinin nümayəndələrinin qatıldığı seminarda QS reytinqlərinin tərtibatı, ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi zamanı diqqət yetirilməli məqamlar haqqında məlumat verilib. Əməkdaşların sualları QS agentliyinin təlim komandası tərəfindən ətraflı cavablandırılıb.
Seminarda müzakirə olunan məsələlər “QS Quacquarelli Symonds” ilə AzMİU arasında əməkdaşlığın gücləndirilməsi, akademik fəaliyyətin yüksəldilməsi və universitetin qlobal nüfuzunun artırılması istiqamətində əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, AzMİU-nun beynəlxalq reytinqlərdə təmsil olunmasını təmin etmək məqsədilə genişmiqyaslı fəaliyyətlər həyata keçirilir. Hazırda universitet “The Times Higher Education”, “QS Ranking”, “Round University Ranking”, “UI Green Metric World University ranking”, “U-Multirank Ranking”, “Webometrics ranking” və “Unirank Ranking” beynəlxalq reytinq sistemlərində müxtəlif pillələrdə təmsil olunur.
Tehsil-press.az