Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi ilə nüfuzlu “QS Quacquarellı Symonds” Reytinq Agentliyi və Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, 20-dən çox ali təhsil müəssisəsinin və “QS Quacquarellı Symonds” Reytinq Agentliyinin nümayəndələri iştirak ediblər.
“QS Quacquarellı Symonds”ın nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və QS reytinq nəticələri əsasında müxtəlif kateqoriyalar üzrə Azərbaycan ali təhsil müəssisələrinin mövcud vəziyyətinə dair müqayisəli şəkildə geniş məlumat verilib.
BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov BDU-da QS reytinqində irəliləmə istiqamətində görülən işlərə dair təqdimatla çıxış edib.
Sonra Reytinq Agentliyinin nümayəndələri ali təhsil müəssisələrinin əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.
Tehsil-press.az