Deputat “bu qurumu yoxlayın” dedi - Nazirdən reaksiya

Deputat “bu qurumu yoxlayın” dedi - Nazirdən reaksiya Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

“Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun”, - o qeyd edib.

Nazir Sahil Babayev bildirib ki, məsələ mütləq araşdırılacaq:

“Sadəcə, məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu yəqin haqqı ödənilən işlərlə bağlıdır. Bu işlərin icra mexanizmini də yerli icra hakimiyyəti orqanı ilə birgə araşdırarıq”.

Tehsil-press.az

Oxşar xəbərlər