BDU və DOST Agentliyinin fəaliyyətinin əlaqələndirilməsi üçün birgə komissiya yaradılacaq

BDU və DOST Agentliyinin fəaliyyətinin əlaqələndirilməsi üçün birgə komissiya yaradılacaq Bakı Dövlət Universitetinin (BDU) tədqiqatçı-alimləri tərəfindən DOST Agentliyinin xidmətlərinin inkişafı və innovativ həllərin tətbiqi, sosial inkişafın təhlili və proqnozlaşdırılması istiqamətlərində araşdırmalar aparılacaq.
Bu, DOST Agentliyi və BDU arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə fəaliyyət planında əksini tapıb.
Plana əsasən, iki qurumun fəaliyyətinin əlaqələndirilməsi üçün birgə komissiya yaradılacaq, yeni ideya və təcrübələrin müzakirəsi ilə bağlı dəyirmi masalar təşkil olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər