Bu gün ölkəmizdə Qurban bayramı qeyd ediləcək. İnancı, imkanı olan şəxslər Allah yolunda qurbanlarını kəsəcəklər. Qurban payı adətən, ehtiyacı olan adamlara verilir. Ancaq elə şəxslər var ki, bu payı yaxın-tanışlara verir. Bu düzgündür? Əslində bu məsələ necə tənzimlənməlidir?
“Yeni Sabah” məsələ ilə bağlı araşdırma edib. Görək, din bu barədə nə deyir?
İlahiyyatçı Əkrəm Həsənov saytımıza açıqlamasında suallara aydınlıq gətirib: SEO Xidməti
“Xırdabuynuzlu heyvanlardan 6 ayı keçən qoyun, qoç və quzu Allah yolunda qurban kəsilir. İribuynuzlu heyvanlardan isə 2 yaşını keçən buzov, dana və s. kəsilə bilər. Dəvə isə 5 yaşından sonra qurban edilir. İnək kəsəndə 3-5 nəfər şərik olaraq kəsməyə icazə var”.
İlahiyyatçı qeyd edib ki: qurban kəsilərkən şəriətin qaydası belədir ki, o üç hissəyə bölünür:
“Qurban kəsən şəxs birinci hissəni az miqdarda, lazım olan qədər özünə saxlayır, ikinci hissə yaxın ətrafa, ehtiyac sahiblərinə, üçüncüsü isə uzaq qohum-əqrabalara paylanır. Sual olunur ki, qurban kəsən şəxslərin bu payı əsasən yaxın şəxslərə, qohum-qonşuya paylamağı doğrudurmu? Hər kəs bir-birini tanıyır və bu əslində belə tənzimləməlidir ki, həqiqətən ehtiyacı olan insanlara qurban payı verilsin. Azərbaycanda elə insanlar var ki, aylarla evə ət ala bilmirlər və imkanı çatmayan insanlardır. Ona görə də hamı bir-birini tanıyır, qohum-əqrəbasında, qonşusunda belə insanlar varsa, bilir. Ən çox kimin ehtiyacı varsa, qurban payı da məhz ona verilir. Hazırda qurban kəsənlər bir-birinə pay verirlər. Kimin qurban kəsməyə maddi imkanı, gücü çatırsa, ona qurban payı vermək düzgün deyil. Şəriətdə günah sayılmasa da, elə insanlar var ki, nəinki qurban kəsmək, heç bir tikə ət ala bilmirlər. Onlara pay vermək daha məqbuldur”.
Tehsil-press.az