ATU-nun tələbəsi intihar edibmiş

ATU-nun tələbəsi intihar edibmiş Azərbaycan Texnologiya Universitetinin vəfat edən tələbəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev yaşadığı evdə intihar edibmiş.

Belə ki, 2000-ci il təvəllüdlü E.Əliyev 2 gün əvvəl Gəncə şəhəri A.İsgəndərov küçəsində yaşadığı evdəki çilçıraqdan özünü asıb.

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər